Liviya sahillərində yüzlərlə qeyri-qanuni miqrant xilas edilib
İtaliyanın sahil qvardiyası bildirib ki, Liviya sularında boğulmaqda olan yüzlərlə qeyri-qanuni miqrantı xilas edib.
FransPress-in verdiyi məlumata görə, İtaliyanın sahil qvardiyası dünən gecə Liviya sahillərinin yaxınlığında bir neçə qayıq vasitəsi ilə Avropaya getmək istəyən 970 nəfər miqrantı boğulmaq təhlükəsindən xilas edib.
2017-ci il yanvar ayından indiyədək və İtaliyanın sahil qvardiyasının əməliyyatından öncə 13 min 400-dən çox miqrant özlərini İtaliya sahillərinə çatdırıblar. Bu rəqəm 2016-cı illə müqayisədə 47 , 2015-ci illə müqayisədə isə 70 faizlik artımı göstərir.
BMT də bildirib ki, yanvar ayından indiyədək su vasitəsi ilə Liviyadan Avropaya girmək istəyən 440 miqrant itkin düşüb.
İraq və Suriyada terrorçuların fəaliyyəti və Afrikada insanların fəlakət içində yaşaması bu ölkələrdə yüz minlərlə adamın Avropa ölkələrinə mühacirət etmək cəhdlərinə səbəb olub, bu isə Avropanı geniş miqrant axını böhranı ilə üz-üzə qoyub.