Ərəbistan qırıcılarının hücumlarında 19 yəmənli həlak olub və yaralanıb
-
Ərəbistan qırıcılarının hücumlarında 19 yəmənli həlak olub və yaralanıb
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, səudiyyə rejimi qırıcı təyyarələri qadağan olunmuş kasset bombalarından istifadə edərək Sədə şəhərinin əl-Bərkə yaşayış məhəlləsini bombalayıblar. Nəticədə 3 sivil həlak olub, 8 uşaq yaralanıb.
Ərəbistan qırıcıları Həccə vilayətində də Heyranda bir mənzili atəşə tutublar. Nəticədə bir sivil həlak olub, 7 uşaq və qadın yaralanıb.
Səudiyyəli qırıcılar həmçinin Nihəm rayonunun Yam bölgəsinə 6 dəfə hücum ediblər. 6 hücumun ikisi kasset bombalarla edilib.
Səudiyyə Ərəbistanının Yəmənə hücumları 2015-ci il mart ayından ABŞ və İngiltərənin dəstəyi və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə başlanıb. Əksəriyyətinin uşaq və qadınlar təşkil edən 11 mindən çox yəmənli sivil həlak olub, milyonlarla nəfər didərgin düşüb.
Ərəbistanın hərbi təcavüzü nəticəsində həmçinin yoxsul Yəmən ərzaq və dərman preparatının çatışmazlığı ilə üzləşib və çoxlu xəstəliklər yayılmışdır.