Ərəbistan qırıcıları Yəməni bombalamaqda davam edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261558-Ərəbistan_qırıcıları_yəməni_bombalamaqda_davam_edirlər
Yəmənin müxtəlif məntəqələri hələ də Ərəbistan qırıcıları tərəfindən aramsız şəkildə bombardman edilir. Çoxlu sayda insan həyatını itirib, külli miqdarda zərər və ziyanlar dəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2017 06:37 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəməni bombalamaqda davam edirlər
    Ərəbistan qırıcıları Yəməni bombalamaqda davam edirlər

Yəmənin müxtəlif məntəqələri hələ də Ərəbistan qırıcıları tərəfindən aramsız şəkildə bombardman edilir. Çoxlu sayda insan həyatını itirib, külli miqdarda zərər və ziyanlar dəyib.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları şənbə günü Yəmənin Həccə vilayətində Hərəs və Midi adlı iki qəsəbəsini bombalayıblar. Həmçinin, Əl-Hədidə vilayətində Səlif qəsəbəsi 4 dəfə hava hücumuna məruz qalıb. 

Təiz vilayətində yerləşən Cəbəl Huzan məntəqəsi isə 8 dəfə bombardman edilib. Bu vilayətdə yerləşən Əmra məntəqəsi də hava hücumlarına məruz qalıb. Nəticədə çoxlu sayda mülki həlak olub və  yaralanıb. Eyni zamanda bu yaşayış məntəqəsinə ciddi zərər və ziyanlar dəyib. 

Yəmənli mənbələr həmçinin bildiriblər ki, Ərəbistan muzdlularından olan Məhəmməd Abdullah Səir Yəmənin Məarib vilayətində, Sərvah şəhərində yəmənli qüvvələr tərəfindən öldürülüb. Məhəmməd Abdullah Səir muzdlu qüvvələrə tədarükatın çatdırılması üzrə məsul şəxs idi. 

Dİgər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cinayətlərinə cavab olaraq, Ərəbistanın cənubunda yerləşən Əl-Əşə Əl-Həmra və Cəhqan hərbi bazalarına artilleriya hücumu ediblər. Bu hücumlarda bir qrup Ərəbistan hərbçisi ölüb.