Əlibadi İraqın daha da gücləndiyini vurğulayıb
-
Əlibadi İraqın daha da gücləndiyini vurğulayıb
İraqın baş naziri deyib ki, terrorçularla döyüş bu ölkəni keçmişdəkindən daha qüdrətli edibdir.
IRIB-nin məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi bu ölkənin şərqindəki Vasit vilayətinin rəsmilərindən bir qrupu, eləcə də universitet müəllim və tələbələrilə görüşdə deyib: Dünya elə zənn edirdi ki, İraq finiş xəttinə çatıb və parçalanma ərəfəsindədir, amma bu ölkə dövləti öz xalqı və hərbi qüvvələrinin kənarında qələbə çaldı.
Əlibadi İraqın təhlükəsizlik qüvvələrinin Mosul sakinlərilə insani davranışını bu ölkə üçün bir iftixar adlandırıb və söyləyib: İraqlı qüvvələr terrorçularla mübarizə yolunda sivilləri qorumaqla yanaşı çalışırlar ki, şəhəri dağıtmasınlar, İŞİD terrorçularını öldürsün və işğal olunmuş məntəqələri azad etsinlər.
İraqın baş naziri həmçinin pozğunçuları İŞİD-in bu ölkəyə soxulmasının dəlili adlandırıb və deyib: Bəziləri reallaşan hər qələbə ilə böhran və problem yaratmağa başlayırlar, zira ölkənin tərəqqi etməsini istəmirlər.
İraqın vitse-prezidenti Usamə Əlnəcifi də bildirib ki, İŞİD hər şeyi dağıdır və mülkilərdən insan qalxanı kimi istifadə edir. O, amerikan koalisiyanın Mosulun yaşayış massivlərindəki hava hücumları barədə təəccüb ifadə edib.
Belə bir halda, İraqın Proqramlaşdırma Nazirliyinin sözçüsü Əbd Əlzəhrə Əlhəndavi də terrorizmlə savaşı bu ölkənin əsas problemi adlandırıb və deyib ki, ölkə büdcəsinin 40 faizi İŞİD ilə savaşa xərclənir.
Həmçinin İraq polisindəki bir mənbə bildirib ki, Bağdadın qərbindəki Əbu Qurəyb məntəqəsində, avtomobil ehtiyat hissələrinin satışı mərkəzinin yaxınlığında bir bomba partlayıb. Bu partlayış nəticəsində iki sivil həlak olub, dörd nəfər də yaralanıbdır.
Başqa bir bomba Bağdadın şimalındakı Səb Əlbur məntəqəsində partlayıb. Bu partlayış nəticəsində isə bir sivil həlak olub, dörd nəfər də yaralanıbdır.