Amerikanların Yəmənə hücumunda 5 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261754-amerikanların_yəmənə_hücumunda_5_nəfər_həlak_olub
Yəmən İnqilabı Ali Komitəsi bildirib ki, Amerika hərbi təyyarələrinin dünən gecə Beyza vilayətinin Qeyfə bölgəsinə qarşı təcavüzkar hücumunda 5 mülki, o sıradan 2 uşaq ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 06:19 Asia/Baku
  • Amerikanların Yəmənə hücumunda 5 nəfər həlak olub
    Amerikanların Yəmənə hücumunda 5 nəfər həlak olub

Yəmən İnqilabı Ali Komitəsi bildirib ki, Amerika hərbi təyyarələrinin dünən gecə Beyza vilayətinin Qeyfə bölgəsinə qarşı təcavüzkar hücumunda 5 mülki, o sıradan 2 uşaq ölüb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən İnqilabının Ali Komitəsinin sədri Məhəmmədəli Əl-Husi  dünən gecə bir bəyanat yayaraq ABŞ hərbi təyyarələrinin Əl-Bəyza, Əbin və Şəbuh vilayətlərinə qarşı, Əl-Qaidə üzvləri ilə mübarizə adı altında həyata keçirdiyi hava hücumlarını pisləyərək deyib: Bu hücumlar Yəməni suverenliyinə qarşı hərəkət və aşkar təcavüzdür. 

Əl-Husi Yəmənin cənub vilayətlərində fəaliyyət göstərən Əl-Qaidə terrorçularının əsas himayədarlarının Amerika və Səudiyyə təcavüzkarları olduğunu vurğulayaraq onlardan Yəmənə qarşı təcavüzlərinə son qoymalarını istəyib.