İraq polisi Mosulun qərbində bir neçə dövlət binasını azad edib
İraqın Federal Polis Qüvvələri Mosulun qərbində əsas polis qərargahı, eləcə də bir neçə məhkəmə binasını İŞİD terrorçularının işğalından azad edib.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Federal Polisi dünən bildirib ki, bu əməliyyatda Mosul bələdiyyəsinə aid olan bir neçə bina da terrorçuların nəzarətindən çıxarılıb.
İraq polisinin əməliyyatında 135 İŞİD terrorçusu məhv edilib.
İraqın baş naziri Heydər Əl-İbadinin fərmanı ilə Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına fevralın 19-dan start verilib.
Terrorçu İŞİD qrupu 2014-cü ildə Amerika və onun regiondakı müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəyi ilə İraqa hücum etdi və bu ölkənin şimal və qərbində geniş əraziləri işğal edərək dəhşətli cinayətlər törətdi.
Bu müddət ərzində iraqlı qüvvələr İŞİD terrorçularının işğal etdikləri ərazilərin böyük hissəsini azad ediblər.