Sionistlər yenidən əl-Əqsaya basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262636-sionistlər_yenidən_əl_Əqsaya_basqın_ediblər
Sionist qəsəbə sakinləri bir daha əl-Əqsa məscidinə basqın edərək bu müqəddəs məkana hörmətsizlik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 18:25 Asia/Baku
  • Sionistlər yenidən əl-Əqsaya basqın ediblər

Sionist qəsəbə sakinləri bir daha əl-Əqsa məscidinə basqın edərək bu müqəddəs məkana hörmətsizlik ediblər.

Ər-Risalə saytının məlumatına görə, sionist qəsəbə sakinləri bu gün səhər sionist rejim hərbçilərinin dəstəyi ilə Babul-Müğaribə tərəfdən əl-Əqsa məscidinə basqın ediblər.

Əl-Əqsa məscidi sionist hərbçilər və qəsəbə sakinlərinin Beytül-Müqəddəsin islam və xristian kimliyini məhv etmək və sionist simvollarla dəyişmək üçün at oynatdığı məkana çevrilib.

Ötən fevralda da 2500-dən çox sionist Qüdsü işğal etmiş rejimin polisinin dəstəyi ilə əl-Əqsa məscidinə daxil olub.

Sionistlər həmçinin bu gün Nablos, əl-Xəlil və Ceninə hücum edib və 23 fələstinlini əsir götürüblər.