Mart 31, 2017 16:50 Asia/Baku
  • Ərəbistanın Yəmən məntəqələrinə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmən məntəqələrinə qarşı hücumları davam edir

Səud qırıcıları bu gün Yəmənin bir neçə vilayətini bombardman ediblər ki, nəticədə azı 9 yəmənli öldürülüb.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, bu ölkənin Marəb, Əlcuf, Həccə və Səna vilayətləri səud rejiminin hücumlarına məruz qalıblar.

Bu məlumata görə, Səna və Marəb vilayətlərindəki bir neçə ev səudların hücumları nəticəsində dağılıb və bir qrup insan yaralanıbdır.

Yəmənin silahlı qüvvələri də bu hücumlara cavab olaraq, Ərəbistanın cənubunda yerləşən Cizan şəhərində dörd səud qüvvəsini məhv ediblər.

Belə bir halda, Yəməndə Ənsarullah hərəkatının nümayəndəsi Şərəf Lakəmən Ərəbistanın bu ölkəyə qarşı hücumlarına reaksiyada xəbərdarlıq edib ki, səud rejimi yəmənli qüvvələrin raket hədəflərində yerləşir və hətta Ərəbistanın paytaxtı Ərriyad da amanda olmayacaqdır.

Ənsarullah hərəkatının nümayəndəsi Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə deyib ki, hazırda yəmənli qüvvələr özəl imkanlı və 350 kilometrlik mənzilə malik yer-yer tipli raketlər və radio-nəzarətə malik raketlərlə təchiz olunublar.

 

Teqlər