Apr 02, 2017 10:36 Asia/Baku
  • İordaniya sionist rejimin xəfiyyə kabinetinin yeni qərarına reaksiya verib

İordaniya hökuməti sionist rejimin xəfiyyə kabinetinin İordan çayının qərb sahilində yeni sionist qəsəbələrin salınması və Fələstin ərazilərinin 1948-ci ildə işğal olunmuş ərazilərə qatılmasına dair son qərarını pisləyib.

Fars xəbər agentliyinin məlumatına görə, İordaniya hökumətinin sözçüsü Muhəmməd Əlmumini dünən bildirib ki, sionist rejimin xəfiyyə kabinetinin İordan çayının qərb sahilində yeni sionist qəsəbələrin salınmasına dair son qərarı 1967-ci il 4 iyun sərhədlərində müstəqil Fələstin hökumətinin qurulması haqqı xüsusiyyət təşkil etməklə Fələstin xalqının hüquqlarına qarşı aşkarcasına təcavüzdür.

İordaniya hökumətinin sözçüsü söyləyib: Sionist rejimin yeni qərarı saziş prosesinin bərpası üzrə səyləri zəiflədir və bu qərar 2016-cı il dekabrın 23-də çıxarılmış 2334 saylı qətnamə xüsusiyyət təşkil etməklə beynəlxalq qətnamə və qanunları pozur.

Sİonist rejimin xəfiyyə kabineti ötən cümə axşamı günü dünya ictimaiyyətinin tələblərinə zidd olan və beynəlxalq qətnamələri tapdayan bir hərəkətdə İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinin şimalında yeni sionist qəsəbələrin salınması ilə razılaşıbdır.

Sionist qəsəbəsalmaların genişlənməsi elə bir şəraitdədir ki, BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də sionist qəsəbəsalmaların əleyhinə bir qətnamə qəbul etdi.

Teqlər