Apr 23, 2017 16:45 Asia/Baku
  • Zəvvarların Kazımeyndə milyonluq toplantısı
    Zəvvarların Kazımeyndə milyonluq toplantısı

İraq rəsmiləri İmam Musa Kazımın(ə) şəhadətinin ildönümü günü mərasimində 5 milyona yaxın zəvvarın Kazımeyndə bir araya gəlməsindən xəbər veriblər.

Bu gün Rəcəb ayının 25-i, Aprelin 23-ü şiələrin 7-ci imamı həzrət İmam Musa Kazımın(ə) şəhadətinin ildönümü günüdür. 

İRNA-nın məlumatına görə, Kazımeyn(ə) Ziyarətgahı Zəvvarlarının Statistika Mərkəzinin məsul şəxsi Malik Fəxri deyib: Ötən 3 gün ərzində İmam Musa Kazımın(ə) şəhadətinin ildönümü mərasimində iştirak etmək üçün gələn zəvvarların sayı misilsiz olub və bu müddət ərzində İraqa gələn xarici zəvvarların sayı təqribən 2 milyon nəfər olub. 

İraqın Əl-İtticad telekanalının verdiyi məlumata görə, Kazımeyn şəhərində bir araya gələn zəvvarların sayı 5 milyona çatıb. 

Statistik məlumatlara görə, iranlı zəvvarların sayı ötən illərdə olduğu kimi, digər ölkələrdən gələn zəvvarlar ilə müqayisədə daha çoxdur. 

İraq polisi Kazımeyn şəhərinin ətrafında zəvvarların təhlükəsizliyinin təmin edilməsi üçün güclü təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən xəbər verib. 

Bağdad valisinin müavini Casim Muhan Əlbəxati isə ötən günlər ərzində 140 həkim qrupunun yol boyunca zəvvarlara xidmət göstərdiyini bildirib. 

Hər il imamların məzarlarını ziyarət etmək üçün çoxlu sayda zəvvar İraqa səfər edir.

Teqlər