BMT yəmənli uşaqların vəziyyəti ilə bağlı xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267564-bmt_yəmənli_uşaqların_vəziyyəti_ilə_bağlı_xəbərdarlıq_etdi
BMT Yəməndə uşaqların vəziyyətini faciəli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2017 07:56 Asia/Baku
  • BMT yəmənli uşaqların vəziyyəti ilə bağlı xəbərdarlıq etdi
    BMT yəmənli uşaqların vəziyyəti ilə bağlı xəbərdarlıq etdi

BMT Yəməndə uşaqların vəziyyətini faciəli adlandırıb.

İRNA-nın məlumatına görə, BMT bildirib ki, Yəmən müharibənin və bu ölkəyə qarşı blokadanın davam etməsinə görə, insan faciəsi ərəfəsindədir və aclıq milyonlarla insanın o cümlədən uşaqların həyatını ölüm ilə təhdid edir. 

BMT həmçinin, Yəməndə hər 10 dəqiqədə bir uşağın aclıq və xəstəlik üzündən həyatını itirdiyini elan edərək, hər 10 uşaqdan 8-nin aclıqdan əziyyət çəkdiyini bildirib. 

Ali-Səud 2015-ci ilin martından ABŞ-ın dəstəyi və Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Bu hücumlar nəticəsində Yəmənin bütün sivil və şəhər infrastrukturları dağıdılıb, ölkə xarabalığa çevrilib.