İŞİD-in komandanlarından biri Mosulda öldürüldü
İraqın Federal Polisi komandanı İŞİD-in "Ayaqyalınlar" adlı dəstəsinin komandanının öldürülməsindən xəbər verib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Raid Şakir Cövdət bir bəyanat yayaraq, bildirib: İraqın Federal Polisi PUA-dan (pilotsuz uçan aparat) istifadə edərək, istiqamətləndirilən raket ilə düşmənə hücumlarının davamında İŞİD-in Ayaqyalınlar dəstəsinin komandanı olan Əbu İshaq Tunisini 4 terrorçu ilə birlikdə Mosulun qərbində hədəfə alıb.
Başqa bir məlumata görə, Diyalə vilayətinin İraq Parlamentindəki nümayəndəsi Fərat Təmimi deyib: Terrorçular Hoz Əl-Nida məntəqəsində çobanlara hücum edərək, 2 nəfəri öldürüb, 3 nəfəri də yaralayıblar.
Bağdad Vİlayət Şurasında Təhlükəsizlik Komitəsinin üzvü olan Səəd Mətləbi də Bağdadın təhlükəsizlik divarının 90%-nin təkmilləşməsindən xəbər verib və deyib: Bağdad təhlükəsizlik divarının uzunluğu 95 kilometrdir. Bu divar Bağdadı dörd tərəfdən öz əhatəsinə alıb. Hazırda Bağdadın şərqində divarın yekun əməliyyat işləri həyata keçirilir. Bu divarın çəkilməsiilə nəzarət kameraları quraşdırılacaq və yoxlama buraxılış postları təşkil ediləcək. Bu isə Bağdadda təhlükəsizliyin təmin edilməsinə imkan verəcək.