May 02, 2017 19:59 Asia/Baku
  • Qəzzə zolağında geniş aksiya
    Qəzzə zolağında geniş aksiya

Qəzzə zolağında on minlərlə fələstinli bu bölgənin blokadasının davam etməsinə qarşı etiraz aksiyası keçirib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, bu gün Qəzzə zolağında "Qəzəbin xəbərdarlığı" şüarı ilə keçirilən geniş nümayişlərdə iştirakçılar şüarlar səsləndirərək Fələstin müxtariyyətinin başçısı Mahmud Abbasın hakimiyyətdən kənarlaşmasını istəyiblər. 

Fəth Hərəkatından başqa bütün fələstinli qrupların qatıldığı bu aksiyada Qəzzə zolağının mühasirəsinə dərhal son qoyulması tələb olunub. 

Fələstin müxtariyyəti Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-a təzyiq üçün son vaxtlar Qəzzə zolağının elektrin xərclərini ödəməyəcəyini bildirib. 

Teqlər