May 03, 2017 10:13 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi deyib: Bu gün Livanın cənubunda və qərbində mövcud olan təhlükəsizlik müqavimət qüvvələrinin sionist rejimin işğalçılıqları qarşısındakı fədakarlıqlarına borcludur.

Seyid Həsən Nəsrullah çərşənbə axşamı həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü münasibəti ilə etdiyi çıxışında deyib: Livan müqaviməti veteranlarının fədakarlıqları boşa çıxmayıb. Əksinə, bu ölkə və İslam Ümməti üçün müsbət nailiyyətlərə malik olub.

Livan Hİzbullahının baş katibi İsrail zindanlarında saxlanılan 1700-dən çox fələstinli əsirin aclıq aksiyasına işarə edib və deyib: Hizbullah bu əsirlərin müqavimətinə tam dəstək verir və onlarla öz həmrəyliyini elan edir.

Seyid Həsən Nəsrullah Ərəb dünyasının fələstinli əsirlərin aclıq aksiyası qarşısında sükut etməsinə də işarə edib və deyib: Əgər ABŞ ilə müttəfiq olan ölkələrin əsirləri fələstinli əsirlər kimi aclıq aksiyasına başlamış olsaydılar, dünya sükut etməzdi.

Livan Hizbullahının baş katibi həmçinin, Hizbullahın xristiyan nümayəndələrin seçilməsi və onların öncəki Parlament seçkilərində səs vermələri ilə müxalifət etməsi haqda səsləndirilən ittihamları tamamilə əsassız hesab edib və deyib: Hizbullah hərəkatı Parlament yerlərinin üçdə birinin xristiyanlara verilməsini şərtləndirən Ortodoks qanunu ilə razılaşıb.

Nəsrullah Ərəbistanın region ölkələri o cümlədən İraq və Yəmən ilə bağlı siyasətlərini də tənqid edib və deyib: Bu gün bütün dünya kimin silah və media ilə İŞİD kimi terrorçu qruplaşmalara dəstək verdiyini yaxşı bilir.

Livan Hizbullahının baş katibi əlavə edib: Suriyada bir-biri ilə savaşan silahlı qruplaşmalar ABŞ və Ərəbistanın  Suriyada iqtidara gətirmək istədikləri nümunələrdirlər. Əgər, terrorçular Suriyanın bütün məntəqələrinə nəzarəti ələ keçirməyi bacarsaydılar, vətəndaş müharibəsi bu ölkənin hər bir guşəsinə yayılmış olacaqdı.

Teqlər