Yəmənin mərkəzində bir qrup səud muzduru yaxalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268396-yəmənin_mərkəzində_bir_qrup_səud_muzduru_yaxalanıb
Yəməndə bomba qoymaqla məşğul olan bir qrup səud muzduru Yəmənin Əlbiyza vilayətində yaxalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2017 15:50 Asia/Baku
  • Yəmənin mərkəzində bir qrup səud muzduru yaxalanıb
    Yəmənin mərkəzində bir qrup səud muzduru yaxalanıb

Yəməndə bomba qoymaqla məşğul olan bir qrup səud muzduru Yəmənin Əlbiyza vilayətində yaxalanıb.

Əlaləm telekanalının bugünkü məlumatına görə, Yəmənin mərkəzində yerləşən Əlbiyza vilayətinin bəzi məntəqələrində əmin-amansızlıq yaratmaq istəyən bu şəxslər Yəmənin təhlükəsizlik və xalq qüvvələri tərəfindən aşkarlanaraq, həbs olunublar.

Yəmən barədə olan digər bir xəbərə görə, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Yəmən sülh müzakirələrinin yeni mərhələsi çərçivəsində bu gün Ərəbistana daxil olmaqla özünün regional səfərinə başlayıbdır.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əlşeyx Əhməd Ərəbistanın paytaxtı Ərriyadda yəmənlilər və ərəbistanlılarla ötən ilin sonlarında dayandırılmış Yəmən sülh müzakirələri barədə danışmaq niyyətindədir.

Deyilənlərə görə, Yəmən sülh müzakirələrinin bütün bəndləri barədə razılığın əldə olunacağı təqdirdə, müzakirələrin yeni etapı Küveytdə və ya İsveçrənin Cenevrə şəhərində keçiriləcəkdir.