May 09, 2017 09:58 Asia/Baku
  • Şeyx İsa Qasimə hər hansı höküm barədə xəbərdarlıq
    Şeyx İsa Qasimə hər hansı höküm barədə xəbərdarlıq

Bəhreynin 14 fevral inqilabı gəncləri koalissiyası bu ölkənin məşhur ruhanisinə qarşı hər hansı təzyiq və höküm barədə xəbərdarlıq edib.

RƏSA xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin 14 fevral inqilabı gəncləri koalissiyası dünən bu ölkənin məşhur ruhanisi şeyx İsa Qasimin məhkəmə prossesinin 21 mayda davam edəcəyinə toxunaraq Bəhreyn xalqını bu mübariz ruhanini müdafiə üçün tam hazır olmağa çağırıb. 

Bəhreynin 14 fevral inqilabı gəncləri koalissiyası xalqın şeyx İsla Qasimin məhkəməsinə qarşı geniş etirazlarının Ali-Xəlifə rejiminə qarşı milli mövqeyin göstəricisi olduğunu bildirərək xatırladıb ki, xalqın səhnədə geniş iştirakı diktaturaya Bəhreyn xalqının öz inqilabından və şeyx İsa qasimi müdafiədən geri dönməyəcəyi və ali-Xəlifə rejiminin dağılmasınadək öz mübarizəsini davam edəcəyi mesajını verdiyini bildirib. 

Bəhreyn inqilabçıları şeyx İsa Qasimin məhkəməsinin neçənci dəfə üçün təxirə salınmasının Ali-Xəlifə rejiminin onun nəticələrindən qorxmasının əlaməti olduğunu bildirərək belə qənaətdədirlər ki, bu rejim öz himayədarları tərəfindən yaşıl çırağ görməyəcəyi təqdirdə heç bir hərəkətə əl atmayacaq ona görə ki, xalqın qəzəbindən qorxur. 

Ali-Xəlifə rejimi ötən bazar günü neçənci dəfə olaraq şeyx İsa Qasimin məhkəməsini təxirə saldı. Növbəti məhkəmənin 21 mayda keçiriləcəyi bildirilib. 

Ali-Xəlifə rejiminin şeyx İsa Qasimin vətəndaşlığını ləğv etməsindən sonra onun yaşadığı Ədderaz məntəqəsi 2016-cı il iyun ayından bəri Ali-Xəlifə rejiminə qarı etiraz aksiyalarının şahididir. 

Teqlər