Ədənin icra başçısı Səudiyyə Ərəbistanına qaçıb
-
Ədənin icra başçısı Səudiyyə Ərəbistanına qaçıb
Ədənin yeni icra başçısı Əbdül-Əziz Əl-Müflihi vəzifəyə təyin olunduqdan sadəcə 72 saat sonra qizli şəkildə Səudiyyə Ərəbistanına qaçıb.
Yəmən xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin təhlükəsizlik adamlarından biri deyib ki, bir neçə gün öncə Mənsur Hadi tərəfindən Ədənin icra başçısı təyin edilmiş Əl-Müflihi bu şəhəri Səudiyyə Ərəbistanı məqsədi ilə tərk edib.
Əl-Müflihi Səudiyyə Ərəbistanına yaxın adamlardandır və Birləşmiş Ərəb Əmiliklərindən dəstək alan Eydrus Əzzübeydinin tərəfdarları ilə toqquşmalardan sonra Yəməni tərk etdiyi deyilir.
Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə mənfəət götürmək üçün özlərinə yaxın adamların vəzifələrə təyin edilməsi sahəsində biri-biri ilə fikir ixtilaflarına malikdirlər.