May 22, 2017 16:41 Asia/Baku
  • İŞİD-in növbəti cinayəti aşkar edilib
    İŞİD-in növbəti cinayəti aşkar edilib

İŞİD-in aşkar edilən növbəti cinayətinə əsasən bu terrorçu qrup özünün kimyəvi silahlarını insan üzərində sınaqdan keçirir.

İndependent qəzetinin verdiyi məlumata görə, son vaxtlar aşkar edilən gizli sənədlər göstərir ki, terrorçu İŞİD qrupu kimyəvi hücuma keçməzdən öncə onun tərkibində olan maddələri insan üzərində sınaqdan keçirir. 

Bu sənədlərin bir hissəsi vaxti ilə Mosul universitetində gizli şəkildə saxlanılırmış  və Mosulun iraqlı qüvvələr tərəfindən terrorçulardan təmizlənilməsindən sonra aşkar edilib. 

Bu sənədə görə, İŞİD ünsürləri bir nəfəri sulfat talium içməyə məcbur ediblər və həmin şəxs bunu içdikdən sonra qızdırma, ürək bulanma, beyində və mədədə şiş nəticəsində on gün əzab və ağrı çəkdidkən sonra dünyasını dəyişib. 

İŞİD həmçinin heç bir peyvəndi olmayan nikotinli bir maddəni başqa birinə ötürüb və o da bir neçə saatdan sonra həlak olub. 

Kimyəvi silahlar üzrə ekspert Həmiş Doberton Qordon Time qəzetinə deyib: İŞİD-in insan üzərində kimyəvi sınaqlar aparması nassistlərin əsəb qazından istifadəsini xatırladır. 

Teqlər