ABŞ və İsrai istehsalı olan silahlar Suriyanın Homs vilayətində
May 25, 2017 20:54 Asia/Baku
Suriya ordusunun mühəndislik bölməsi terrorçuların işğalından azad edilmiş məntəqələrdə ABŞ və İsrail istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu cümə axşamı bir əməliyyatda Homsda yerləşən Əl-Vəər məntəqəsini terrorçulardan təmizləyib. Bu əməliyyat zamanı ABŞ istehsalı olan bir neçə ədəd raket və İsrail istehsalı olan minaatanlar aşkar edilib. Bu silahlar terrorçuların sığınacaqlarında ələ keçirilib.
Həmçinin, terrorçuların sığınacaqlarında İsrail istehsalı olan bombalar, raket platformaları, ağır və yüngül silah habelə, bir sıra hərbi sursat aşkar edilib.