May 30, 2017 12:15 Asia/Baku
  • Bəhreyn din alimləri həlak olmuş bəhreynlilərin cəsədlərinin təhvil verilməsini istəyiblər
    Bəhreyn din alimləri həlak olmuş bəhreynlilərin cəsədlərinin təhvil verilməsini istəyiblər

Bəhreyn din alimləri bir daha Ali-Xəlifə qüvvələrinin Əldiraz məntəqəsinə qarşı hücumu zamanı öldürülmüş bəhreynlilərin cəsədlərinin şəri mərasimlərin keçirilməsi məqsədilə öz ailələrinə təhvil verilməsini istəyiblər.

Ali-Xəlifə rejimi mayın 21-də tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimi bir il həbsə və əmlakının müsadirə olunmasına məhkum edib. Ali-Xəlifə rejiminin hərbçiləri mayın 23-də isə bu ruhaninin yaşadığı məkana- Əldiraz məntəqəsinə hücum ediblər ki, nəticədə altı nəfər həlak olub, 200-dən çox insan yaralanıb və təqribən 300 nəfər də həbs edilibdir.

Mehr xəbər agentliyinin məlumatına görə, Bəhreynin din alimləri dünən bir bəyanatda Ali-Xəlifə rejiminin müqəddəs İslam dini və şəriətinə qarşı yalanları və iftiralarına işarə edərək, bildiriblər ki, Əldiraz məntəqəsində həlak olanların şəri valideynlərinə öz övladlarını dəfn etmək icazəsinin verilmədiyi zamanadək Bəhreyn rejiminin onların dəfni üzrə addımı şərən batildir.

Bəhreynin din alimləri şəri, qanuni və insani bir haqq kimi öldürülmüş bəhreynlilərin cəsədlərinin şəri mərasimlərin keçirilməsi məqsədilə öz ailələrinə təhvil verilməsinə maneçiliyin törədilməsini firqəçilik fitnələri istiqamətində bu rejim tərəfindən törədilən digər bir cinayət adlandırıblar.

Teqlər