Yəmən Ənsarullahı: ABŞ Yəmənə təcavüzkarların başında durur
Yəmən Ənsarullahının baş katibi ABŞ-ın Yəmənə təcavüzkarların başında durduğunu bildirib: Bu təcavüzkarlar ABŞ-ın müttəfiqləridir və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu təcavüzü icra edirlər.
Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin əl-Husi ötən gecə Sənada etdiyi çıxışında təcavüzkarların Yəmənin bütün vilayətlərində cinayət törətdiklərini və bütün yəmənli qrupların təcavüzkarlarla mübarizə aparmalarının vacibliyini vurğulayıb.
Bədrəddin əl-Husi düşmənlər qarşısında daxili cəbhənin birliyi və möhkəmləndirilməsini vurğulayıb: Təcavüzkarlar Yəməndə yaratdıqları problemlərdən sui-istifadə edirlər. Lakin heç vaxt uğur qazanmayacaqlar.
Yəmən Ənsarullahı Hərəkatının baş katibi işğaçıların Yəməndən çıxmalı olduqlarını qeyd edib: Yəmənin gələcəyində muzdlulara yer yoxdur.
Bədrəddin əl-Husi həmçinin təcavüzkarların Yəmənə hücumunda sionist rejimin Ali-Səudla ortaq mənafeyinin olduğunu deyib: BMT də təcavüzkarların yanında durub.
Səudiyyə Ərəbistanı regionun bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın dəstəyi ilə 26 mart 2015-ci ildən Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəmənə irimiqyaslı hücumlara başlayıb.
Bu hərbi təcavüzün indiyə qədər 11 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və ölkə infrastrukturlarının dağılmasından başqa nəticəsi olmamışdır.