İyun 07, 2017 11:58 Asia/Baku
  • Bəhreynli alimlər Ali-Xəlifə əleyhinə aksiya üçün çağırış ediblər
    Bəhreynli alimlər Ali-Xəlifə əleyhinə aksiya üçün çağırış ediblər

Bəhreynin din alimləri bu ölkə vətəndaşlarından gələn cümə Ali-Xəlifə rejiminin hərəkətlərinə etiraz olaraq aksiya keçirmələrini istəyiblər.

Əl-Minar televiziyasının məlumatına görə, Bəhreyn alimləri bir bəyanatda bildiriblər: Ali-Xəlifə rejiminin korrupsioner və avantürist hərəkətləri və din və vətəndaşların inanclarına qarşı hədələri davam etdiyi zamana qədər xalqın inqilab hərəkatı da durmayacaq. 

Bu bəyanatda bildirilib: Ali-Xəlifə rejiminin cinayətlərinin davam etməsini nəzərə alaraq, Bəhreyn alimləri bu ölkənin müqavimətli vətəndaşlarını bu cinayətə etiraz olaraq gələn cümə öz səslərini dünyaya çatdırmağa dəvət edirlər. 

Ali-Xəlifə rejimi hərbçiləri ötən 23 mayda tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz bölgəsinə hücum edərək bu bölgədə vətəndaşların dinc aksiyasın zorakılığa sürükləyərək 6 Bəhreyn vətəndaşını qətlə yetirdi, 200 nəfəri yaraladı, təxminən 300 nəfəri də həbs etdilər. 

Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminin qeyri-adi və repressiv siyasətləri nəticəsində ictimai narazılıqlar böhranı ilə üzləşmişdir. 

Teqlər