İŞİD-in raket hücumunda onlarla iraqlı həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272582-İŞİd_in_raket_hücumunda_onlarla_iraqlı_həlak_olub
İraq mediaları İŞİD-in Mosulun qərbində yerləşən Əş-Şəfa məhəlləsinə raket zərbələri endirməsinin ardınca 30 nəfərin həlak olmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 06:43 Asia/Baku
  • İŞİD-in raket hücumunda onlarla iraqlı həlak olub
    İŞİD-in raket hücumunda onlarla iraqlı həlak olub

İraq mediaları İŞİD-in Mosulun qərbində yerləşən Əş-Şəfa məhəlləsinə raket zərbələri endirməsinin ardınca 30 nəfərin həlak olmasından xəbər veriblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İŞİD terrorçuları "Katyuşa" raketlərindən istifadə edərək, Əş-Şəfa məhəlləsini tərk etməyə çalışan mülki əhalini hədəfə alıblar. 

İŞİD terrorçuları hazırda Mosulun Əş-Şəfa və şəhərin qədim hissəsində yerləşərək, mülki əhalinin bu məntəqələrdən çıxmasına icazə vermirlər. 

İraqlı qüvvələr dünən Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatında Zəncəbili məhəlləsini terrorçulardan təmizləyiblər.