Sionist rejimin ekspansiyası genişlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273566-sionist_rejimin_ekspansiyası_genişlənib
Sionist rejimin statistika idarəsi son bir ildə bu rejimin işğal olunmuş Fələstin ərazilərindəki sionist qəsəbəsalmalarının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 07:44 Asia/Baku
  • Sionist rejimin ekspansiyası genişlənib
    Sionist rejimin ekspansiyası genişlənib

Sionist rejimin statistika idarəsi son bir ildə bu rejimin işğal olunmuş Fələstin ərazilərindəki sionist qəsəbəsalmalarının artmasından xəbər verib.

IRIB-nin məlumatına görə, sionist rejimin statistika idarəsi dünən bildiribdir ki, bu rejimin 2016-cı ildə İordan çayının qərb sahilində yerləşən sionist qəsəbələrdəki yaşayış evlərinin sayı ondan öncəki illə müqayisədə 70 faiz artıbdır.

Bu məlumata əsasən, sionist rejim 2016-cı ilin aprelindən 2017-ci ilin martınadək 2758 yeni mənzil tikməyə başlayıb. Belə bir halda 2015-cı ilin aprelindən 2016-ci ilin martınadək olan müddətdə İordan çayının qərb sahilindəki işğal olunmuş məntəqələrdə 1619 mənzil tikilmişdi.

Sionist rejimin bu hərəkətləri elə bir halda həyata keçirilir ki, BMT-nin Təhlükəsizlik Şurası 2016-ci ilin 23 dekabrında sionist rejimin sionist qəsəbəsalmalarını pisləyən bir qətnamə qəbul edib.