İyun 24, 2017 17:52 Asia/Baku
  • Dohadanın Qətəri sanksiya edən ölkələrin tələblərini araşdıracağını bildirib
    Dohadanın Qətəri sanksiya edən ölkələrin tələblərini araşdıracağını bildirib

Qətərin Xarici İşlər Nazirliyi Dohanın Küveytin hörmətinə və regionda təhlükəsizliyin qorunması xatirinə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin istəklərini araşdıracağını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Küveyt rəsmilərinin cümə günü Qətər ilə demokratik əlaqələrini kəsən ölkələrin istək və tələblərini özündə əks etdirən 13 maddəlik siyahını Dohaya təqdim edib. Bunun ardınca Qətərin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, Doha bu şərtləri araşdıracaq və rəsmən cavab verəcək. 

Qətərin Xarici İşlər Nazirliyi bu ölkənin Ərəbistan, BƏƏ, Bəhreyn və Misir tərəfindən blokadaya alınmasını qeyri-qanuni və qeyri-real adlandırıb və bildirib: Bu addımın terrorizm ilə heç bir əlaqəsi yoxdur. Bu addım əslində Qətərin hakimiyyətini hədəfə alıb. 

Dohanın Qətəri boykot edən ölkələrin şərtlərini araşdıracağını elan etməsinə baxmayaraq, bu ölkə hökuməti qarşı tərəfin irəli sürdüyü istəkləri məntiqdən kənar və icrası mümkün olmayan istəklər adlandırıb. 

13 maddədən ibarət olan bu siyahıda Ərəbistan, BƏƏ, Bəhreyn və Misir Dohadan İran və Hizbullah ilə əlaqələrini kəsməsi, Əl-Cəzirə telekanalının fəaliyyətini dayandırması və Türkiyənin bu ölkə ərazisindəki hərbi bazasını bağlaması kimi istəklər yer alır. 

Teqlər