Misirin Tiran və Sənafir adalarının Ərəbistana verilməsi icraya qoyulubdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274346-misirin_tiran_və_sənafir_adalarının_Ərəbistana_verilməsi_icraya_qoyulubdur
Misirdəki bəzi dövlət mənbələri bildiriblər ki, bu ölkə ilə Ərəbistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə razılaşma Misir prezidentinin razılığı ilə icra mərhələsinə daxil olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 06:41 Asia/Baku
  • Misirin Tiran və Sənafir adalarının Ərəbistana verilməsi icraya qoyulubdur

Misirdəki bəzi dövlət mənbələri bildiriblər ki, bu ölkə ilə Ərəbistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə razılaşma Misir prezidentinin razılığı ilə icra mərhələsinə daxil olubdur.

Əlmisri Əlyəum qəzeti adları çəkilməyən Misirin dövlət mənbələrinə istinadla yazıb: Misir prezidenti Əbdulfəttah Əlsisinin Misirin Tiran və Sənafir adalarının Ərəbistana verilməsi ilə razılaşmasından sonra bu ölkənin bayrağı tezliklə və heç bir rəsmi mərasim keçirilmədən bu iki adaya sancılacaqdır.

Əlsisi son zamanlar Misir ilə Ərəbistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə razılaşma və Misirin Tiran və Sənafir adalarının Ərəbistana verilməsi ilə razılaşdı, halbuki Misirdə bu razılaşma və Misir ərazisinin bir hissəsinin Ərəbistana verilməsilə müxalifət davam etməkdədir.