İyun 29, 2017 14:35 Asia/Baku
  • Mosulda İŞİD-in heç bir bölgəsi qalmayıb
    Mosulda İŞİD-in heç bir bölgəsi qalmayıb

İraqın Müdafiə Nazirliyi bildirir ki, artıq Mosul şəhərində heç bir bölgə İŞİD terrorçularının əlində deyil.

İraqın Müdafiə Nazirliyi bildirib: Mosul şəhərində artıq heç bir bölgə İŞİD terrorçularının ixtiyarında deyil.

Bu xəbəri Sky News telekanalı yayımlayıb.

Bir az öncə İraqın dövlət televiziyası Mosulda İŞİD "hökuməti"nin sona çatdığını elan edib. Bu məlumat İŞİD-in Mosulun qədim hissəsində Ən-Nuri tarixi məscidə nəzarətini itirməsindən sonra baş verib.

Bir neçə gün öncə İŞİD terrorçuları tərəfindən dağıdılan Ən-Nuri məscidi İŞİD başçısı Əbubəkr əl-Bağdadinin öz xilafətini elan etdiyi məsciddir.

Mosul və onun ətraf bölgələrində İŞİD terroruçları ilə pərakəndə döyüşlərin davam etməsi ehtimal olunur.

Teqlər