Əl-İbadi İŞİD-in İraqdakı "hökuməti"nin sonunu elan etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274668-Əl_İbadi_İŞİd_in_İraqdakı_hökuməti_nin_sonunu_elan_etdi
İraq baş naziri Twitter müraciətində İŞİD terror qruplaşmasının İraqdakı separatçı hökumətinin sonunu elan edib: İŞİD-in bütün üzvlərini öldürəcək və ya əsir götürəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 16:29 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri Twitter müraciətində İŞİD terror qruplaşmasının İraqdakı separatçı hökumətinin sonunu elan edib: İŞİD-in bütün üzvlərini öldürəcək və ya əsir götürəcəyik.

Əl-İraqiyyə televiziyasının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi cümə axşamı günü müraciətində əlavə edib: Ən-Nuri məscidinin ələ keçirilməsi İraqda İŞİD-in batil hökumətinin sonunun elan olunması mənasındadır. 

Ən-Nuri məscidi İŞİD başçısı Əbubəkr Bağdadinin 2014-cü il iyunda xilafətini elan etdiyi məsciddir.