İyul 04, 2017 19:04 Asia/Baku
  • ABŞ pilotsuzları Pakistanı bombaladı
    ABŞ pilotsuzları Pakistanı bombaladı

Pakistan mənbələri ABŞ ordusunun pilotsuz uçan aparatdan(PUA) istifadə edərək, Cənubi Vəziristan məntəqəsinə raket zərbələri endirməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, Pakistan mənbələri çərşənbə axşamı bildiriblər ki, ABŞ ordusu PUA-dan istifadə edərək, Pakistanın Xeybər Pəxtunxah vilayətində yerləşən Cənubi Vəziristan məntəqəsinə raket zərbələri endirib. Nəticədə 4 nəfər həyatını itirib.

ABŞ ordusunun PUA-dan istifadə edərək, həyata keçirdiyi hücumlar artıq neçə ildir ki, Pakistan rəsmilərinin kəskin etirazlarına səbəb olur. Buna baxmayaraq, ABŞ bu etirazlara əhəmiyyət verməyərək, öz təcavüzlərini davam etdirir.

ABŞ ordusunun Pakistana olan təcavüzləri əsasən sivil əhali arasında insan tələfatına səbəb olur. Pakistan rəsmiləri bunu milli hakimiyyətin və ərazi bütövlüyünün pozulması hesab edirlər.

Bu məlumata görə, ABŞ ordusunun PUA-dan istifadə edərək, həyata keçirdiyi hücumlarda həlak olanların 70%-ni mülki əhali təşkil edir.

Teqlər