İyul 07, 2017 20:01 Asia/Baku
  • Ərəbistan və müttəfiqlərinin Qətər əleyhinə bəzi addımları ifşa olundu

Misir parlamentinin deputatı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətər əleyhinə növbəti addımlarının bir hissəsini ifşa edib.

İRİB-in məlumatına görə, Misir parlamentinin deputatı Məhəmməd Mahir Hamid Qətərin Fars Körfəzi Əməkdaşlıq Şurası və Ərəb Liqasındakı üzvlüyünün dayandırılması, Qətərin ticarət şəriklərinə təzyiq göstərmək üçün ticarət əlaqələrinin dayandırılması və dünya ölkələri ilə ticarət əlaqələrindən istifadə olunmasını Fars körfəzinin ətrafındakı bəzi ərəb ölkəkləri və Misirin Qətər əleyhinə bəzi addımlarından adlandırıb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri terrorizm və radikallığı dəstəkləməkdə suçlayaraq 5 iyundan bu ölkə ilə öz diplomatik əlaqələrini dayandırıblar.

Teqlər