İraqın Diyali vilayətində İŞİD ünsürlərinin müəyyənləşdirilməsi üçün əməliyyat başlanıb
İraqın təhlükəsizlik və xalq səfərbər qüvvələri şərqdə Diyali vilayətində İŞİD ünsürlərinin müəyyənləşdirilməsi üçün müştərək əməliyyatlara başlayıblar.
Süməriyyə Nyuzun məlumatına görə, Dəclə əməliyyatı komandanı Məzhər əl-Əzavi deyib: İraqın təhlükəsizlik və xalq səfərbər qüvvələri Diyali vilayətinin Bəqubə şəhərinin şərqində əl-Miqdadiyyə bölgəsinin Təvəkkül və əl-Bəsatin kəndlərində İŞİD ünsürlərini təqib etmək üçün genişmiqyaslı hərbi əməliyyata başlayıblar.
Əl-Əzavi əlavə edib6 Bu əməliyyat terrorizmin kökünün kəsilməsi və İraqda təhlükəsizliyin bərpa olunması istiqamətində həyata keçirilir.
Başqa bir məlumata görə, İraq Kürdüstan Fəhlə Partiyasının hərbi qolu bir bəyanatda İraq sərhədləri yaxınlığında 30 Türkiyə hərbçisinin öldüyü və yaralandığını bildirib.
Bu bəyanatda bildirilib: PKK üzvləri İraq-Türkiyə sərhəd zolağında yerləşən Cəli və Culmirək bölgəsində Türkiyənin iki hərbi avtomobilinə hücum ediblər. Bu hücumda 16 türk hərbçisi ölüb və 14 nəfər də yaralanıb.
Türkiyə qüvvələri 2015-ci il iyul ayında Türkiyə ilə PKK arasında atəşkəsin sona çatmasını elan etdikdən sonra, İraqın şimalında PKK-nın mövqelərini dəfələrlə bombalayıblar.