İraqlı komandan: Mosulda 25 min İŞİD-çi öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276474-İraqlı_komandan_mosulda_25_min_İŞİd_çi_öldürüldü
Neynəva əməliyyat komandanı bu vilayətin mərkəzi olan Mosulun azad edilməsi əməliyyatı zamanı 25 min İŞİD terrorçusunun öldürüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2017 06:11 Asia/Baku
  • İraqlı komandan: Mosulda 25 min İŞİD-çi öldürüldü
    İraqlı komandan: Mosulda 25 min İŞİD-çi öldürüldü

Neynəva əməliyyat komandanı bu vilayətin mərkəzi olan Mosulun azad edilməsi əməliyyatı zamanı 25 min İŞİD terrorçusunun öldürüldüyünü bildirib.

İRİB-in məlumatına görə, Neynəva əməliyyat komandanı Əbdüləmir Yarəllah Mosulun azad edilməsi əməliyyatı üzrə 9 ay ərzində 25 mindən çox İŞİD terrorçusunun öldürüldüyünü bildirərək deyib: İraq qüvvələri bu şəhərdə 400-dən çox terrorçu kamikadzeni vurub və 1200-dən çox bomba quraşdırılmış avtomobili məhv ediblər. 

Əbdüləmir Yarəllah İraq qüvvələrinin əməliyyatında İŞİD-in 130 pilotsuz uçan aparatının vurulduğuna toxunaraq əlavə edib: Ordu, Mərkəzi polis, terrorizmlə mübarizə təşkilatı, xalq səfərbər qüvvələrindən ibarət 100 mindən çox hərbçi Mosulun azad edilməsi əməliyyatında iştirak edib.