Mosulda abadlıq və yenidənqurma işlərinə start verildi
Mosulun Əl-Əymən məntəqəsinin 100 gündə abadlaşdırılması layihəsi artıq icraya qoyulub.
İraq hökuməti Mosulun Əl-Əymən məntəqəsinin abadlaşdırılması üzrə 100 günlük fövqəladə yenidənqurma layihəsi təqdim edib. Mosulun İŞİD terrorçularının işğalından azad edilməsinin ardınca, şəhər sakinlərinin öz evlərinə geri qayıtması, Mosulun yenidən canlanmasına səbəb olub.
İraq hökumətinin Mosulun Əl-Əymən məntəqəsinin 100 gün ərzində abadlaşdırılması üzrə fövqəladə yenidənqurma layihəsinin icrasına artıq start verilib.
Mosul valiliyi tərəfindən icra edilən bu layihədə ilk olaraq içməli su şəbəkəsinin bərpa edilməsi əsas prioritet olaraq qəbul edilib.
Əmin Məniş – Mosul valisinin müavini:
Mosulun içməlu su şəbəkəsi və elektrik stansyalarının bərpa edilməsi üzrə xüsusi əməliyyat otağı yaradılıb. Və 100 gün ərzinidə bu layihələrin icra edilməsi planlaşdırılıb.
3 il davam edən işğalçılıq və İŞİD ilə savaş nəticəsində sosial xidmətlərin minimum həddə çatmasına baxmayaraq, Mosulun Əl-Əymən məntəqəsinin sakinkləri artıq evlərinə geri dönməyə başlayıblar. Və bir müddət öncə İŞİD-in oylağı olan bu ərazilərdə indi həyat yenidən öz axarına geri qayıdıb.
Taksi sürücüsü:
Mən taksi sürücüsüyəm. Allaha çox şükürlər olsun ki, həyat yenidən normal hal almağa başlayıb. İnsanlar müvəqqəti düşərgələrdən şəhərə qayıdaraq, Mosulun yenidən abadlaşdırılmasına çalışırlar.
İraq hökuməti Mosula dəyən zərər vəziyanların dəqiq miqdarını hələ ki, elan etməsə də, müstəqil qrumlar və beynəlxalq təşkilatlar şəhərin bərpa edilməsi üçün ən azı 100 milyard dollar vəsaitə ehtiyac olduğunu bildirirlər. Xüsusilə şəhərin qədim hissəsində dağıntıların miqdarı 100%-ə bərabərdir.