Sionistlərin Məscidül-Əqsaya qarşı müdaxiləsi pislənilib
İyul 16, 2017 21:00 Asia/Baku
İordaniya alimləri cəmiyyəti sionist işğalçıların Fələstində Məscidül-Əqsa başda olmaqla islami müqəddəslərə qarşı hücumunu pisləyib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İordaniya alimlər cəmiyyəti bu gün bir bəyanat yayaraq bildirib ki, işğalçı sionistlər müsəlmanların müqəddəslərinə, Fələstin xalqına hücumlarını davam etdirir və müsəlmanların hüquqlarını tapdalayırlar.
İordaniya alimlər cəmiyyəti öz bəyanatında Fələstin xalqının sionist rejimin Məscidül-Əqsaya qarşı məkirli planları müqabilində öz yurdu və müqəddəslərini müdafiə haqqına təkid edib.