İyul 19, 2017 18:13 Asia/Baku
  • Misir İsrail rejiminə xəbərdarlıq etdi

Misir Xarici İşlər Nazirliyi sionist rejimin əl-Əqsa məscidində təhlükəsizlik tədbirlərini gücləndirməsinin mənfi nəticələri haqda xəbərdarlıq edib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Misir XİN çərşənbə günü bir bəyanatda sionist rejimə xəbərdarlıq edərək bu rejimdən gücdən istifadə etməməsini, fələstinlilərin dini müqəddəslərinə, onların ibadət məkanlarında ibadətlə məşğul olması azadlığına hörmət etməsini istəyib.

Bu bəyanatda əlavə olunub: Əl-Əqsa məscidində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, namaz qılanlara hücumların olunması və onların yaralanması, o cümlədən bu məscidin xətibi Şeyx Əkrəmə Səbrinin yaralanmasının mənfi nəticələri təhlükəli olacaqdır.

Fələstinli qruplar çərşənbə gününü Qüds və əl-Əqsa Məscidinə kömək üzrə Fələstinin Qəzəb Günü adlandırıblar.

Teqlər