İyul 25, 2017 11:28 Asia/Baku
  • Livan Hizbullahı
    Livan Hizbullahı "Ənnüsrə Cəbhəsi" terror qruplaşmasının komandanlıq mərkəzini ələ keçirdi

Livan Hizbullahı terrorçu Ənnüsrə Cəbhəsi qruplaşmasının Ərsal şəhərinin, Xil vadisində yerləşən komandanlıq mərkəzini ələ keçirib.

İRNA-nın verdiyi məlumata görə, əməliyyatın ilk 3 günündə Ənnüsrə Cəbhəsinin nəzarəti altında olan ərazilərin 70%-i azad edilib və əməliyyatın dördüncü günündə Hizbullah Ərsal şəhərinin şərqində y erləşən Xil vadisi və Xərbə qalası adlı məntəqələri azad etməyə nail olub. Xil vadisi Ənnüsrə Cəbhəsi terror qruplaşmasının başçısı Əbu Malik Əl-Təlanın qərargahı idi.

Livan ordusu isə Ərsal şəhərinin ətrafında müdafiə xətti yaradaraq, terrorçuların suriyalı didərginlər düşərgəsinə qaçış yolunu bağlaıb. Buna görə də terrorçular Ərsalın şərqində  yerləşən və İŞİD-in nəzarəti altında olan yüksəkliklərə qaçıblar.

Müqavimət komandaları bildirirlər ki, bir-iki gün ərzində Ənnüsrə Cəbhəsinin işi Ərsalda tamamilə bitmiş olacaq. Bazar günü də Əl-Qələmunda Ənnüsrə Cəbhəsinin nəzarəti altında olan ərazilər azad edilmişdi.

Qərbi Əl-Qələmun yüksəklikləri Suriya ərazisində , Ərsal  yüksəklikləri isə Livan ərazisində yerləşir.

Bu iki strateji məntəqənin azad edilməsi əməliyyatı Livan Hizbullahının komandanlığı altında cümə günü 21 iyul tarixində start götürmüşdü. Müqavimət qüvvələri Ərsal yüksəkliklərinin cənubundan şimal istiqamətində irəliləyirlər.

Teqlər