Sionist nazir İsrail rejiminin Fələstin qarşısında təslim olduğunu bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277760-sionist_nazir_İsrail_rejiminin_fələstin_qarşısında_təslim_olduğunu_bildirib
Sionist rejimin təhsil naziri bu rejimin Məsciduləqsada təhlükəsizlik tədbirlərindən geri çəkilməsini İsrail rejiminin Fələstin qarşısında təslim olması kimi qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2017 13:29 Asia/Baku
  • Sionist nazir İsrail rejiminin Fələstin qarşısında təslim olduğunu bildirib
    Sionist nazir İsrail rejiminin Fələstin qarşısında təslim olduğunu bildirib

Sionist rejimin təhsil naziri bu rejimin Məsciduləqsada təhlükəsizlik tədbirlərindən geri çəkilməsini İsrail rejiminin Fələstin qarşısında təslim olması kimi qiymətləndirib.

Sionist rejim bu gün bildirib ki, Məsciduləqsa ətrafındakı bütün yeni təhlükəsizlik tədbirlərinə son qoyubdur.

Fars xəbər agentliyinin məlumatına görə, sionist rejimin təhsil naziri və sionist "yəhud evi" partiyasının başçısı Neftalı Bent bu gün deyib ki, sionist rejimin nazirlər kabinetinin Məsciduləqsada tətbiq olunmuş tədbirlərdən geri çəkilməsi bu rejimin zəfiləməsinə səbəb olur.

Sionist rejimin təhsil naziri son günlər Məsciduləqsanın girəcəklərində təftiş postları, gizli kameralar və dəmir qoruyucuların götürülməsilə müxalif olan az sayda nazirlərdən olubdur.

Sionist rejim iyulun 14-dən, Məsciduləqsada fələstinlilərlə şiddətli döyüşlərin ardınca öz repressiv hərəkətlərini artırıbdır ki, bu hərəkətlərə misal olaraq, həmin məscidin girəcəyində fələstinlilərə qarşı məhdudiyyətin tətbiq edilməsini göstərmək olar.