İyul 30, 2017 18:55 Asia/Baku
  • Qətəri boykot edən ölkələr bu ölkəyə qarşı sanksiyaların davam etməsini vurğulayıblar
    Qətəri boykot edən ölkələr bu ölkəyə qarşı sanksiyaların davam etməsini vurğulayıblar

Qətəri sanksiya etmiş dörd ölkənin xarici işlər nazirləri özlərinin Manamada keçirilən iclaslarında bir bəyanat yayaraq, bir daha öncəki mövqeləri və bu ölkəyə qarşı sanksiyalarının davam etməsini vurğulayıblar.

İyunun beşində Qətərlə diplomatik əlaqələrini kəsdiklərini elan etmiş Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn həmin ayın ortalarında on üç tələbdən ibarət siyahını Qətərə təhvil verdilər və bildirdilər ki, Doha ilə əlaqələrin adiləşməsi bütün bu tələblərin həyata keçirilməsindən asılıdır.

ISNA-nın Skay Nyus-a istinadlı məlumatına görə, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə bugünkü iclasın sonunda deyib: Qətər dörd ölkənin on üç bəndlik tələblərinin hamısını icra etməlidir.

Bəhreynin xarici işlər naziri eyni zamanda bildiribdir ki, bu dörd ölkə Qətərə qarşı hazırkı tədbirlərini davam etdirəcək, amma əgər Doha dəyişiklik prosesinə öz hazırlığını göstərərsə, onlar da danışıqlara hazır olacaqlar.

Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr də vurğulayıbdır ki, Qətər təcavüzkar siyasətlərdən əl çəkməli və dinc yanaşı yaşama siyasətini yürütməlidir.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zaid Ali-Nəhyan da həmin dörd ərəb ölkəsinin təlbələrinin reallaşacağı zamanadək Qətərə qarşı sanksiyaların davam etdirilməsini istəyibdir. Misirin xarici işlər naziri Samih Şukri də deyibdir ki, 13 bəndlik tələblər barədə heç bir müzakirədən söz belə gedə bilməz.

Bu sanksiyalar tətbiq etmiş dörd ərəb ölkəsi Qətəri Ərriyadın başçılığı altında olan ərəb cərəyanı ilə yanaşı olmamaqda və terrorizmi himayə etməkdə ittiham edibdir.

Teqlər