Ə.Həkim səud qüvvələrinin Bəhreyndən çıxmalarını Ərriyada səfərinin şərti kimi təyin edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278522-Ə.həkim_səud_qüvvələrinin_bəhreyndən_çıxmalarını_Ərriyada_səfərinin_şərti_kimi_təyin_edib
Suməriyyə Nyus bildirib ki, İraqda Milli Hikmət partiyasının sədri Əmmar Həkim səud qüvvələrinin Bəhreyndən çıxmalarını Ərriyada səfərinin şərti kimi təyin edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 08:25 Asia/Baku
  • Ə.Həkim səud qüvvələrinin Bəhreyndən çıxmalarını Ərriyada səfərinin şərti kimi təyin edib
    Ə.Həkim səud qüvvələrinin Bəhreyndən çıxmalarını Ərriyada səfərinin şərti kimi təyin edib

Suməriyyə Nyus bildirib ki, İraqda Milli Hikmət partiyasının sədri Əmmar Həkim səud qüvvələrinin Bəhreyndən çıxmalarını Ərriyada səfərinin şərti kimi təyin edibdir.

IRNA-nın məlumatına görə, İraqda Milli Hikmət partiyasının sədri Əmmar Həkim bir xəbər dialoqunda Ərəbistana səfəri barədə verilən sualın cavabında deyib: Səudlar tərəfindən bir vasitəçi mesaj gətirdi ki, "əgər sizi Səudiyyənin dövlət başçıları ilə görüşə dəvət etsələr, oraya gedərsiniz?". Mən də cavabında dedim ki; "əgər onların mənə sovqatı Bəhreyndən çıxmaq və Yəmənin məzlum xalqının qırğın edilməsinə son qoyulmaq olarsa, mütləq qəbul edərəm."

"Səudiyyə Ərəbistanı Araşdırmaları" adlı xəbər portalı Əmmar Həkimə istinadla bu xəbəri verərək, əlavə edib: Bu istək Ərəbistan rejimi tərəfindən rədd olundu və elə buna görə, Səudiyyəyə səfər də ləğv olunur.

Regiondan kənarda nəşr olunan səud qəzetləri, o sıradan Əlşərq Ələusət, Əlhəyat və Ələrəb qəzetləri ötən bir neçə gün ərzində Əmmar Həkimin Ərəbistana gözlənilən səfərindən xəbər vermişdilər.