Qətər Misirdən BMT-yə şikayət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278526-qətər_misirdən_bmt_yə_şikayət_edib
Qətər BMT-nin Təhlükəsizlik Şurasına və bu təşkilatın baş katibi Antonio Quterreşə məktub göndərərək, Misirin hərəkətlərindən şikayət edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2017 08:43 Asia/Baku
  • Qətər Misirdən BMT-yə şikayət edib
    Qətər Misirdən BMT-yə şikayət edib

Qətər BMT-nin Təhlükəsizlik Şurasına və bu təşkilatın baş katibi Antonio Quterreşə məktub göndərərək, Misirin hərəkətlərindən şikayət edibdir.

Əlaləm telekanalının məluamtına görə, Qətər bu məktubda bildirib: Misir BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyündən öz siyasi hədəflərini həyata keçirmək üçün sui-istifadə edir və Misirin xas siyasi hədəflərinin BMT-nin Təhlükəsizlik Şurasının və onun komitələrinin fəaliyyətlərilə heç bir əlaqəsi yoxdur.

Qətər dövləti bu məktubda habelə bildirib: Misir Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qətərə qarşı əsassız və qeyri-real ittiham və iddialar irəli sürübdür ki, Misirin bu hərəkətləri BMT-nin və Təhlükəsizlik Şurasının adi fəaliyyətlərinin aşkar şəkildə pozulması deməkdir. 

Qətər bu məktubda sonra belə qeyd edib: Misirin bu ölkənin xas siyasi hədəflərinin reallaşması üzrə səyləri BMT Təhlükəsizlik Şurasının rəftarı və onun beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsindəki roluna mənfi təsir göstərir.

Qətərin BMT-dəki daimi nümayəndəsi Əlya Əhməd bin Seyf Ali-Sani bu məktubu iyul ayının sonlarında BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinin ixtiyarına qoyub, amma onun detalları dünən ifşa olunubdur.