ABŞ qırıcılarının hücumlarında 18 suriyalı sivil həlak olub
Avq 04, 2017 14:10 Asia/Baku
-
ABŞ qırıcılarının hücumlarında 18 suriyalı sivil həlak olub
ABŞ koalisiyası qırıcılarının Suriyanın şimalında yerləşən Riqqə şəhərində hava hücumları 18 sivilin həlak olması iliə nəticələnib.
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisya" qırıcılarının Suriyaya hücumlarının davamında Riqqədə bir ailənin 8 üzvü daxil olmaqla 18 nəfər dünyasını dəyişib.
Suriyalı müxaliflərə bağlı Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, ABŞ koalisiyasının 2017-ci il iyul ayında Riqqə şəhərinə hücumları zamanı 189 suriyalı sivil həlak olub.
ABŞ qırıcıları dəfələrlə terror qruplaşmaları ilə mübarizə bəhanəsi ilə Suriya və İraqda sivilləri atəşə tutmuşlar.