Nəsrullah: Hizbullahın Ərsaldakı qələbəsi İranın himayəsinə görədir
-
Seyid Həsən Nəsrullah
Livan Hizbullahının baş katibi Ərsal döyüşlərində Livan Hizbullahına kömək göstərdiyi üçün Suriya ordusuna təşəkkür edərək, qeyd edib ki, müqavimətin terrorçular üzərində qələbə çalması İran İslam Respublikasının ekspertcəsinə dəstəklərinə görədir.
Seyid Həsən Nəsrullah dünən gecə Livanın Ərsal yüksəkliklərinin Cibhətunnusrə terror qrupunun işğalından azad edilməsi münasibətilə çıxış edib.
Təqribən üç il İŞİD və Cibhətunnusrə terrorçularının işğalı altında olmuş Suriyanın Qərbi Qələmun və Livanın Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı 2017-ci ilin 21 iyulundan başlanıb və Livanın müqavimət qüvvələri terrorçuların işğalı altında olan əraziləri azad etməyə müvəffəq olublar. Bu əməliyyatda yüzlərlə Cibhətunnusrə terrorçusu məhv və həbs edilibdir.
Livanda xalqın müxtəlif təbəqələri və siyasi şəxsiyyətlər Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatını himayə ediblər.
Livan Hizbullahının baş katibi Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatının sürətlənməsinin dəlillərindən birini Suriya ordusunun Hizbullahın kənarında vuruşması adlandırıb və bildirib ki, Livan xalqı Suriyanın xalqına və bu ölkənin prezidenti Bəşşar Əsədə təşəkkür edirlər.
Seyid Həsən Nəsrullah həmçinin İran İslam Respublikasına təşəkkür edib və deyib ki, müqavimətin Ərsaldakı qələbəsi İran İslam Respublikasının ekspertcəsinə dəstəklərinə görədir.
Livan Hizbullahının baş katibi vurğulayıb ki, BMT-nin Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatında heç bir rolu olmayıb. O, bu məntəqədə Hizbullah ilə Cibhətunnusrə terror qrupu arasındakı atəşkəsə işarə edərək, deyib: Atəşkəs üzrə müzakirələr BMT-nin və Beynəlxalq Qızıl Xaç Təşkilatının iştirakı olmadan nəticə verdi və onun zamini, Hizbullah və Livanın təhlükəsizlik qüvvələri idilər.
Cibhətunnusrə terror qrupunun ünsürlərini daşıyan sonuncu avtobus çərşənbə günü gecə Livanın Ərsal yüksəkliklərini tərk etdi.
Cibhətunnusrə terror qrupunun ünsürlərini daşıyan sonuncu avtobusun çərşənbə günü gecə Livanın Ərsal yüksəkliklərindən çıxması ilə bu terror qrupunun həmin məntəqədən boşaldılması əməliyyatı başa çatdı.