Ərəbistan koalisiyasının Səədədəki cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278794-Ərəbistan_koalisiyasının_səədədəki_cinayətləri_davam_edir
Əlməsirə telekanalı Ərəbistan koalisiyasının Yəmənin Səədə vilayətindəki məntəqələrə qarşı hava hücümları barədə təsvirlər yayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2017 16:28 Asia/Baku
  • Ərəbistan koalisiyasının Səədədəki cinayətləri davam edir
    Ərəbistan koalisiyasının Səədədəki cinayətləri davam edir

Əlməsirə telekanalı Ərəbistan koalisiyasının Yəmənin Səədə vilayətindəki məntəqələrə qarşı hava hücümları barədə təsvirlər yayıbdır.

Səfra rayonunun Məhzə məntəqəsində yerləşən bir mənzilə qarşı həyata keçirilmiş bu hücumların birində üç qadın və uşaq daxil olmaqla bir ailədən doqquz nəfər şəhid olub.

Yerli mənbələrin bildirdiklərinə görə, şəhidlərin cəsədləri uçqunlar altından çıxarılıbdır.

Həmçinin təcavüzkarlar koalisiyasının Razəh rayonunun Bərkan məntəqəsində bir avtomobilə qarşı hava hücumunda doqquz nəfər şəhid olub və ya yaralanıbdır.

Ərəbistan koalisiyasının Yəmənin Səədə vilayətindəki məntəqələrə qarşı hava hücümlarında 12 nəfər ölüb, təqribən 13 nəfər də yaralanıbdır.