Qəzzə gecəni yatmadı
Sionist İsrail rejimi fələstinlilərə qarşı öz cinayətlərinin davamında çərşənbə gününə keçən gecə Qəzzənin müxtəlif məntəqələrinə havadan zərbələr endirib.
İsrail rejiminin çərşənbə gününə keçən gecə Qəzzəyə qarşı səhər saatlarına kimi davam edən və bir neçə fələstinlinin yaralanmasına və ciddi dağıntılara səbəb olan hücum aktı Həmas və müqavimət qruplarını xeyli qəzəbləndirib.
Qəzzə sakinləri dünən çox çətin bir gecənin şahidi olublar. İsrail qırıcıları ötən gecə Qəzzənin müxtəlif məntəqələrinə raket zərbələri endiriblər. Bu hücumlarda bir neçə fələstinli də yaralanıb. Bunun ardınca Həmas bəyanat verərək, İsrail rejiminin Qəzzəni paleqona çevirməsinə icazə verməyəcəyini bildirib.
Həmas rəsmilərindən biri bu barədə deyir: "Ötən gecə həyata keçirilən hücumlar işğalçı rejimin fələstinlilərə qarşı zəncirvarı hücumlarının davamıdır. Bununla da İsrail rejimi öz cinayətlərinin sayına birini də əlavə etmiş olub. Bu hücumun mənfi nəticələrinə görə bütün məsuliyyət İsrailin üzərinə düşür. İşğalçı rejim bilməlidir ki, fələstin xalqının iradəsini sındıra bilməz."
Bu arada ifşa edilmiş məlumatlara görə İsrail zindanlarında fələstinli əsirlər arasında ölüm halları xeyli artıb. Bu məsələ, xüsusi ilə bəzi ifratçı sionist dairələrin fələstinli əsirlərin edam edilməsi tələbi ilə çıxış etməsinin ardınca fələstinliləri daha da qəzəbləndirib. Beynəlxalq təşkilatların sükut etməsi isə fələstinli əsirlərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.
Qəzzə sakinlərindən biri isə İsrailin bu cinayətlərinə cavab olaraq mübarizədən əl çəkməyəcəklərini deyir: "İsrail rejimi yaxşı bilir ki, anti-sionist əməliyyatlarda iştirak etmiş fələstinlilərin edam edilməsi müqavimət qruplarının proqnoz edilməsi mümkün olmayan reaksiyasına səbəb olacaq. Bu da onlara çox baha başa gələcək."
Sionist rejim fələstinlilər və onlara aid hər bir şeyi hədəfə alır. İşğalçı rejim fələstinliləri təslim olmağa məcbur etmək üçün heç bir cinayətdən çəkinmir. Amma, fələstinlilər bütün fitnələrə cavablarının müqavimət olduğunu bildirirlər.