Səna hava limanı bağlı saxlanılır; Ali-Səud cinayətdən doymur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279302-səna_hava_limanı_bağlı_saxlanılır_ali_səud_cinayətdən_doymur
Yəmənin Nəqliyyat Nazirliyi Ərəbistanın təcavüzkarlıq siyasətinin davam etməsini və Səna hava limanına gedən hava yollarını bağlı saxlamasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2017 17:23 Asia/Baku
  • Ali-Səud cinayətdən doymur
    Ali-Səud cinayətdən doymur

Yəmənin Nəqliyyat Nazirliyi Ərəbistanın təcavüzkarlıq siyasətinin davam etməsini və Səna hava limanına gedən hava yollarını bağlı saxlamasını qınayıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmənin Nəqliyyat Nazirliyi Ərəbistanın Səna hava limanına gedən yolları bağlamasının birinci ildönümü günündə bir bəyanat yayaraq, bu cinayətin müalicə almaq üçün xaricə getməli olan 13 min yəmənli xəstənin ölümünə səbəb olduğunu bildirib.

Yəmənin Nəqliyyat Nazirliyi öz bəyanatında Səna hava limanının fəaliyyət göstərməsinə icazənin verilməməsinin daha 95 minyəmənli xəstənin həyatını təhlükə ilə üzləşdirdiyini bildirib.

Yəmənin Baş Nəqliyyat İdarəsinin müdiri Mazən Qanim də deyib: "13094 xəstə müalicə olunmaq üçün xaricə gedə bilməməsi və ya xaricdən gəlməli olan dərmanların gətirilməsinə icazənin verilməməsi üzündən həyatını itirib."

Səna hava limanının müdiri Xalid Şaifin dediyinə görə, bu hava limanı indiyə kimi 60 dəfə Ərəbistan tərəfindən hədəfə alınıb.

 

Yəməndə yaşayan norveçlilər şurasının sədri Mötəsim Həmdan da Yəmən xalqına yardımların edilməsinə imkan yaradılması üçün ölkə daxili və beynəlxalq uçuşların bərpa edilməsini istəyib və deyib: Yəmən xalqının səfər etməkdən məhrum edilməsi minlərlə insanı ölümə məhkum etmək deməkdir.

 

Hazırda Yəmənin 22 vilayətindən 21-i vəba xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik indiyə kimi 473 min insana yoluxub və təqribən 2000 nəfər bu xəstəliyə yoluxma nəticəsində həyatını itirib.