Avq 11, 2017 15:01 Asia/Baku
  • Sionist rejim Qəzzə sahilində yeni divar inşa etmək istəyir
    Sionist rejim Qəzzə sahilində yeni divar inşa etmək istəyir

Sionist rejim insanların işğal olunmuş Fələstin torpaqlarına dəniz yolu vasitəsi ilə daxil olmalarında təhlükəsizlik məsələləri bəhanə edərək Qəzzə zolağının sahil suları yaxınlığında təhlüsizlik divarı inşa edirlər.

FransPress-in verdiyi məlumata görə, sionist qaynaqlar bildiriblər: İsrail Qəzzə zolağının sahilində ayırıcı divar inşa etməyə başlayaraq bu divarın iki ilədək istifadəyə veriləcəyini planlaşdırır. 

64 km uzunluğu olan bu divarın inşa əməliyyatı hal hazırda Qəzzənin sahil ərazisinin altı nöqtəsində təkmilləşməkdədir. Halbuki razılaşmaya əsasən Qəzzə zolağına nəzarət fələstinlilərin ixtiyarındadır. 

Sionist rejim öncə də fələstinli mübarizlərin qarşısını almaq üçün  İordan çayının qərb sahilində təhlükəsizlik divarı inşa etməklə fələstinlilərin yüzlərlə hextar ərazilərini müsadirə etdi. 

Teqlər