Avq 11, 2017 18:11 Asia/Baku
  • Fəth hərəkatının üzvü Fələstin muxtariyyətinin siyasətlərinin səhv olduğunu etiraf edib
    Fəth hərəkatının üzvü Fələstin muxtariyyətinin siyasətlərinin səhv olduğunu etiraf edib

Fəth hərəkatının icra komitəsinin katibi Fələstin muxtariyyətinin Qəzzə zolağında öz işçilərinə qarşı tədbirlərinin səhv olduğunu etiraf edib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fəth hərəkatının icra katibi Cəbrayıl Rəcub bildirib: Qəzzə zolağında işçilərə qarşı tədbirlərə yenidən baxmaq üçün  bu hərəkatın mərkəzi komitəsi tərəfindən bir qrup təşkil olunacaq.

Fələstin muxtariyyəti təşkilatı sionist rejimə xidmət və Həmasa təzyiq çərçivəsində Qəzzə zolağına elektrik köçürülməsini məhdudlaşdırıb, bu bölgəyə dərman və tibbi təchizat yüklərinin daxil edilməsini azaldıb və fələstinli əlillərə müavinətləri kəsib və bu təşkilatın Qəzzədəki işçilərinin maaşlarını da azaldıb. 

Fəthin icra komitəsinin katibi deyib: Fələstin muxtariyyəti Qəzzə zolağındakı  fələstinlilərin maaşlarını kəsmək və onları vaxtından əvvəl təqaüdə çıxarmaq və digər zərər verici qərarlarını düzəldəcək. 

Rəcub deyib: Fələstin muxtariyyəti Qəzzə zolağına qarşı həyata keçirilən bütün tədbirləri ləğv etməyə hazırdır. 

Teqlər