İraq Kürdüstanının bəzi məsul şəxsləri işğal olunmuş Fələstinə səfər edib
-
İraq Kürdüstanının bəzi məsul şəxsləri işğal olunmuş Fələstinə səfər edib
İraq Kürdüstanının bəzi məsul şəxsləri son həftələr bu məntəqə ilə bağlı referendum barədə sionist rejimlə Amerikanın vasitəçilik etmələri üçün işğal olunmuş Fələstinə səfər ediblər.
Fars xəbər agentliyinin məlumatına və sionist Ceruzalem Post qəzetinin yazdığına görə, sionist rejimin parlamenti- knessetin üzvü Kseniya Svetlova belə deyib: Təl-Əvivə səfər etmiş bəzi kürd məsul şəxslər Vaşinqtonun Kürdüstanın İraqdan ayrılması üzrə referendumu himayə etməsi üçün sionist rejimlə Amerikanın vasitəçilik etmələrini istəyiblər.
Svetlova əlavə edib ki, İraq Kürdüstanında referendumun keçirilməsi yüz faiz İsrail rejiminin xeyrinədir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu da bundan öncə ABŞ konqresindən olan bir nümayəndə heyətilə görüşdə İraq Kürdüstanında referendumun keçirilməsini dəstəkləmişdi.