BMT Yəmən iqtisadiyyatının çökməsi haqda xəbərdarlıq etdi
Birləşmiş Millətlər Təşkilatı bildirib: Ərəbistanın Yəmənə hücumlarının davam etməsi nəticəsində səkkiz milyon yəmənli öz gəlirini itirib. Bu isə Yəmən iqtisadiyyatının çöküşü deməkdir.
BMT-nin xəbər portalının məlumatıan görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı cümə axşamı günü bir bəyanatda bildirib: 2015-ci ildən Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının davam etməsi bu ölkədə dəhşətli yoxsulluğun artması ilə nəticələnib. Belə ki, ərəb bölgəsinin ən yoxsu ölkəsində analoqu olmayan böhran baş verib.
BMT-nin İnkişaf Proqramının bəyanatında bildirilir: Əsas ictimai sektorlar tərəfindən xidmətlərin təqdim olunmasında ağır problemlər vardır. Yəmənin bir çox təşkilat və idarəsi öz işçilərinin maaşını ödəyə bilmir.
BMT-nin İnkişaf Proqramı əlavə edib: 27 milyon əhalisi olan ölkədə ötən üç il müharibə dövründə on minlərlə nəfər həlak olub, yaralanıb və 3 milyon nəfər didərgin düşüb.
Bu bəyanata əsasən, 21 milyon 200 min yəmənli humanitar yardımlara ehtiyaclıdır. Belə ki, 17 milyon nəfər ərzaq təhlükəsizliyinin olmamasından əziyyət çəkir və 7 milyon nəfər də aclıqla üzləşib.
Dünya Qida Proqramı da bildirib ki, Yəmənin hazırkı böhranının həlli üçün humanitar yardımlar yetərli deyil. Bu qurum Dünya Bankı ilə ortaq şəkildə böhranla mübarizə layihəsini icra etmək üçün 300 milyon dollar ayırıb.
Səudiyyə Ərəbistanı, ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni havadan, dənizdən və qurudan mühasirəyə alıb.