Ərdoğan Almaniyanın XİN başçısını kəskin qınayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280294-Ərdoğan_almaniyanın_xİn_başçısını_kəskin_qınayıb
Türkiyə prezidenti Almaniya dövlətini qınayaraq bu ölkənin xarici işlər nazirini öz həddini bilməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2017 07:51 Asia/Baku
  • Ərdoğan Almaniyanın XİN başçısını kəskin qınayıb
    Ərdoğan Almaniyanın XİN başçısını kəskin qınayıb

Türkiyə prezidenti Almaniya dövlətini qınayaraq bu ölkənin xarici işlər nazirini öz həddini bilməyə çağırıb.

Kanadada çıxan Lo Dovar qəzetinin yazdığına görə, Almaniyanın XİN başçısı Ziqmar Qabrielin Almaniya seçkilərində Türkiyənin müdaxiləsi barədə açıqlamasından sonra Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan onu kəskin qınayıb. 

Ərdoğan bir telemüsahibədə deyib: Ziqmar Qabriel öz həddini aşır, sən kimsən ki, Türkiyə prezidenti barədə fikir bildirirsən?

Ərdoğan öncə Almaniyanın türk vətəndaşlarını Sosial Demokrat, Xristian Demokrat və Yaşıllar partiyalarına səs verməməyə çağırmışdı. Ərdoğan həmin partiyaları Türkiyənin düşməni adlandırmışdı. 

2016-cı il uğursuz dövlət çevrilişindən sonra Türkiyə ilə Almaniya əlaqələri soyuqlaşıb. Türkiyə Almaniyanı Fətullah Güləni himayə etməkdə ittihamlandırır amma Berlin bu ittihamları rədd edir. Buna baxmayaraq iki ölkə əlaqələri gün-gündən gərginləşir.